“Azəristiliktəchizat” ASC-nin tenderi ləğv edildi

İQTİSADİYYAT
19:51 / 18.11.2025
36

“Azəristiliktəchizat” ASC-nin tenderi baş tutmayıb.

Hit.az xəbər verir ki, qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması üçün elan edilən tenderin ləğv olunması müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır. 

Bu tender üzrə satınalma predmetinin 107 392,39 manata başa gələcəyi proqnozlaşdırılırdı. 

Abbas 
 

0