"Azərişıq" 24 milyona yarımstansiya tikir

İQTİSADİYYAT
18:38 / 19.11.2025
40

“Azərişıq” ASC Binəqədi rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yeni 110/35/10 kV-luq 2x40 MVA gücündə GİS tipli, tam qapalı yeni yarımstansiyanın tikintisi ilə bağlı tenderə yekun vurub. 

Hit.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC seçilib. 

Yarımstansiyanın tikintisinə görə şirkətə 24 132 536,53 manat ödəniləcək. 

Abbas 

0