Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssislərinin Müdiriyyəti Bakı şəhərində, Yevlax, Göygöl, İsmayıllı və Ağcabədi rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Fərid” Firması seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 281 939,6 manatdır.
Abbas


