“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankdan (AMB) bildirilib.
Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir.
Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”.
Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir.
