Azərbaycan Hava Yolları QSC-də (AZAL) yükdaşıma departamentinin rəhbəri vəzifəsinə təyinat olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib. Qərara əsasən, Yükdaşıma departamentinin rəhbəri vəzifəsinə Kamran Ramazanov təyin edilib.
O, daha əvvəl AZAL-da Satış Əməliyyatları və Yükdaşıma üzrə rəhbər vəzifədə çalışıb.


