Bəzi marketlərdə "Fino"dan "Apple" qazanmaq şansı!" lotereyası başladı

İQTİSADİYYAT
13:21 / 25.11.2025
43

Bugündən etibarən “Rahat”, “Grandmart”, “Bolmart”, “Megastore”  supermarketlərdə   “Fino”dan “Apple” qazanmaq şansı!” adlı stimullaşdırıcı tirajlı lotereya start götürür. Qaliblərinə ümumilikdə 9 ədəd 256 GB yaddaşlı “Iphone 16” smart telefon hədiyyəsi verən lotereyanın müddəti  25 noyabr 2025 – 15 fevral 2026-cı il tarixlərini əhatə edir.

Stimullaşdırıcı lotereyada 18 yaşına çatmış hər kəs, qeyd olunan marketlərdən dəyəri 10 AZN-dən az olmayaraq “Fino” məhsulları alaraq iştirak edə bilər. Hər 10 AZN-lik “Fino” məhsulları alışı lotereyada 1 iştirak şansı verir. Hər 20 AZN-lik alış-veriş 2 şans, 30 AZN-lik alış veriş 3 şans, 40 AZN-lik alış veriş 4 şans və sairə olaraq bu formadakı uyğunluqla şans qazandırır.

“Fino” məhsulları alan şəxslər lotereyada iştiraklarını təsdiqləmək üçün “Rahat” market müştəriləri kassada bu marketin fikziki və ya rəqəmsal loyallıq kartını oxutmalı,  “Grandmart”, “Bolmart”, “Megastore” market müştəriləri isə kassada “Ozio” fiziki və ya rəqəmsal loyallıq kartını oxutmalıdırlar.

Lotereya müddətində hər 4 həftənin alış-veriş nəticələri əsasında 3 dəfə: 2026-cı ilin 9 yanvar, 6 fevral və 6 mart tarixlərində tiraj keçiriləcək. Hər tirajda “Rahat” market müştəriləri arasında 1 ədəd “Iphone 16” smart telefonu oynanılacaq. “Grandmart”, “Bolmart”, “Megastore”  supermarketlərinin müştəriləri arasında isə ümumi baza əsasında hər tirajda 2 ədəd “Iphone 16” smart telefonu oynanılacaq. 

Tirajlar “Fino” məhsullarının Azərbaycandakı distribütoru “Ayman” MMC-in ofisində keçiriləcək, lotereyada iştirak edən marketlərin sosial media səhifələrində canlı yayımlanacaq və nəticələr xəbər saytlarının birində və bu marketlərin sosial media səhifələrində yayımlanacaq. 

Qalib şəxslərlə lotereyanın təşkilatçısı “Viva Communications” agentliyi telefon vasitəsilə əlaqə saxlayaraq 90 iş günü ərzində hədiyyələrin götürülməsini təmin edəcək.

0