Azərbaycan 2035-ci ilə qədər binalarda təbii qazla işləyən avadanlıqlardan imtina edərək , onları bərpa olunan elektrik enerjisi (BOEM) ilə işləyən sistemlərlə əvəz etməyi planlaşdırır.
Yenilənmiş "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatına əsasən, binalarda elektrikli hava-su istilik nasosları və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur.
Bunun əhəmiyyəti nə olacaq?
İqtisadçı Pərviz Heydərov Hit.az-a deyib ki, 2035-ci ilə qədər belə bir məsələnin qarşıya qoyulması yaxşı haldır. Ancaq bəzi məqamlar nəzərə alınmalıdır:
"Belə ki, qeyd edilən avadanlıqlar olduqca bahadır. Bərpa olunan enerji sistemləri işləyən avadanlıq, cihazlar olduqca bahalıdır. Həmin avadanlıqların hansı məkana quraşdırılacağı maddiyyata bağlıdır. Yaşayış binalarının bu qayda ilə təmin olunması ciddi məsələdir. MTK-ların buna razı olması inandırıcı görünmür. Çünki qiymət onlara sərf etmətəcək. Bununla bağlı müvafiq dövlət proqramı hazırlanmalıdır".
Sevinc

