"Gecikməsi olan şəxsi banklar kredit götürə bilərlər. Kredit almaq istəyən şəxs barədə kredit bürosuna sorğu verilir və onun tarixçəsi görünür. Bu, banklar və BOKT-lar üçün məlumat xarakteri daşıyır. Qərarı isə maliyyə qurumları verir”.
Bunun Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
Ekspertin sözlərinə görə banklar, gecikməsi olan şəxslərə kredit verməkdən imtina edir:
“Çünki, belə şəxslər problemli müştəri sayılır. Amma istisnalar ola bilər. Məsələn, gecikmənin məbləği cüzi sayılırsa, yaxud müştərinin etibarlı zamini və ya girov əmlakı varsa, kredit verilər. Buna baxmayaraq, praktiki olaraq bankların əksəriyyəti belə hallarda kredit ayırmır”.
Sevinc

