“Azərişıq” ASC Ağdərə rayonu Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalı rayonu Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatının tam yenidənqurulması ilə bağlı tenderə yekun vurub.
Hit.az xəbər verir ki, tenderin qalibi “Şans Construction” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 10 886 611,99 manatdır.
Abbas


