Aqrar sığortanın inkişafı üçün hansı işlər görülməlidir?

İQTİSADİYYAT
18:10 / 01.12.2025
29

"Şəkər çuğunduru müəyyən regionlarda istehsal olunur. Bununla yanaşı, xaricdən də idxal olunur. Məhsulların idxal olunması qida sənayesini ciddi zərbə vurur". 

Bu fikri Hit.az-a aqrar sahə üzrə ekspert Asif İbrahimov deyib. O bildirib ki, aqrar sığorta sahəsinə vətəndaşlar arasında inamsızlıq mövcuddur: "Fermeri hansısa risklərdən qorumaq üçün yox, sığorta məhsulunun satışı kimi kənardan görünür. Bu istiqamətdə ciddi yeniliklər etmək lazımdır. Sosial sığorta haqqında normativlərin tələbi dəyişdirilməlidir. Sığortanın tətbiqi üçün  sənədlərdə müəyyən sadələşdirilmə işləri aparılmalıdır. Keyfiyyət riskləri, məhsulun satışa çıxarılması, logistika riskləri və logistika zamanı baş verə biləcək risklər kimi məsələlər nəzərə alınmalıdır. Bununla yanaşı, maarifləndirmə işi də düzgün həyata keçirilməlidir. Sığorta tariflərinin endirilməsi də məqsədəuyğun olar. Fermer dövlətin onlara yaratdığı imkanlardan yararlanmalıdır".

Sevinc
 

0