İşğaldan azad olunan ərazilərə 22 milyard manat xərclənib

İQTİSADİYYAT
11:55 / 02.12.2025
27

"Hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan yaşayır. Laçında isə 5 mindən çox sakinimiz var".

HİT.az "Unikal"-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.


"Bu günə qədər Azərbaycan dövləti bu ərazilərin bərpa olunması üçün 22 milyard manata yaxın vəsait xərcləyib. Mən müqayisə üçün deyim ki, 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük işlər görür", - deyə deputat bildirib.

0