İsmayıllı Rayon İcra Hakimiyyəti “İsmayıllı Tikinti -27” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayıb.
Hit.az xəbər verir ki, müqavilədə M.F. Axundov küç, V.Əliyarov küç, Ə.Ələkbərzadə küç-də səkinin "Şəhidlər Xiyabanı"na qədər davam etdirilməsi, Uşaq Əyləncə parkında və H. Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində abadlıq işinin aparılması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 99 929,02 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İsmayıllı Tikinti -27” ASC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 339 144 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Azad Gülməmməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmislçisi haqqında heç bir məlumat yoxdur.
Abbas


