“2026-cı ildə benzinin qiyməti qalxmayacaq”.
Bu fikri Hit.az-a iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, qlobal enerji bazarında dəyişikliklər baş verir: “2023 və 2024-cu illərdə neftin qiyməti aşağı düşüb. 2026-cı ildə də bu hal müşahidə olunacaq. Qlobal enerji bazarında baş verənlər qiymət aşağı enməsi istiqamətində müşahidə olunur. Bu səbəbdən də gələn il benzinin qiymətinin qalxması gözlənilmir. Ancaq yenə də hər şeyi gözləmək olar. Gözləmədiyimiz halda Tarif Şurası kefi nə istəyirsə, o da olur”.
Sevinc


