Dərman biznesi adı ilə 12 min manatlıq dələduzluq

İQTİSADİYYAT
23:32 / 04.12.2025
25

Özünün dərman preparatlarının alqı-satqısı ilə məşğul olan nüfuzlu iş adamı kimi təqdim edərək dələduzluq əməli törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hit.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə mühakimə olunan Murad Müşfiqli (ad və soyad şərtidir)  3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun saxlanıldığı 1 gün müddət 2 günə bərabər tutularaq təyin edilən cəzadan çıxılıb və üzərində 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Murad Müşfiqli zərərçəkmişi inandırıb ki, əgər ona 12 min manat vəsait verilsə, aylıq 600–700 manat qazanc əldə edə bilər.

Zərəçəkmiş şəxs sonradan aldadılıdğını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. 

Abbas 


 

0