“Azəridmanservis”MMC-nin 256 min manatlıq tenderi niyə baş tutumayıb?

İQTİSADİYYAT
23:32 / 05.12.2025
31

“Azəridmanservis” MMC tenderi ləğv edilib. 

Hit.az xəbər verir ki,  Bakı, Binəqədi, Gəncə, Sumqayıt və Şirvan Gənclər evlərində istismarda olan soyutma -havalandırma sistemlərinin fəaliyyətinin təmin olunması və digər zəruri işlərinin yerinə yetirilməsi üçün keçirilən tenderin ləğvi təqdim olunan təkliflərin şərtlər toplusuna uyğun olmaması ilə bağlıdır. 

Bu tender üzrə satınalma predmetinin 256 140,18 manata başa gələcəyi proqnozlaşdırılırdı.

“Azəridmanservis” MMC Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Abbas 

0