Dövlət Agentliyinin vəzifəli şəxsləri işdən çıxarıldı

İQTİSADİYYAT
15:20 / 05.12.2025
42

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşavirləri Cəfər Babayev, Əhməd Həsənov və dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənovun vəzifələrindən azad edildiyi iddia olunur.

HİT.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumatda hər 3 şəxsin dövlət satınalmaları ilə bağlı korrupsiya və digər hüquqpozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:

"Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır".
 

0