“MSDIS Holdinq” MMC-yə məxsus əmlak hərraca çıxarılacaq.
Hit.az xəbər verir ki, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən 1.1583 ha torpaq sahəsi və Bakı şəhəri Nərimanov rayonunda yerləşən 612 kv.metrlik əmlakın start qiyməti 58 000 manatdır.
“MSDIS Holdinq” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Nağıyev Mirfəyaz Oqtay oğludur.
MMC-nin hazırda 18 265 554,75 manat vergi borcu var.
Məlumata görə, şirkətə məxsus əmlaklar borca görə hərraca çıxarılır.
Abbas


