"Prezident İlham Əliyevin Slovekiyaya səfəri Azərbaycan Avropa enerji nəqlinin ruhlanması baxımından əhəmiyyətlidir".
Bu fikri Hit.az-a iqtisadçı Eyyub Kərimli deyib.
O bildirib ki, Azərbaycan SOCAR vasitəsilə qaz nəqli həyata keçirir. Bu Azərbaycanın Avropaya çıxış üçün imkanlarını genişləndirir:
"Belə ki, bir regiondan asılılıq azalır. Həmçinin, iki ölkə arasında əməkdaşlıq strateji, siyasi, iqtisadi əməkdaşlıq kimi dəyərləndirilməlidir. Slovekiyaya enerji tədarükü iqtisadi, nəqliyyat, müdafiə, texnologiya sahələrində əməkdaşlıq mümkündür. Bu da ümumi investisiya transferi üçün fürsətlər yaradır. Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlıq Qafqazın Avropaya inteqrasiyasını sürətləndirəcək. Avropa enerji təhlükəsizlik baxımından alternativ enerji təchizatlarına ehtiyacı var. Bu istiqamətdə Azərbaycan öz yerini möhkəmləndirir, strateji mövqeyini gücləndirir. Gələcəkdə xarici investisiyanın cəlb edilməsinə münbit şərait yaradır. Əlbəttə , Avropaya qaz nəqli böyük infrastruktur və təhlükəsizlik xərcləri tələb edəcək. Azərbaycan Avropaya qaz hasilatını genişləndirəcək. Uzunmüddətli təchizatçı kimi öz mövqeyini qoruyarsa 2030-cu ilə qədər valyuta və strateji, siyasi üstünlüklər əldə edəcək. Ümumiyyətlə, bu cür əlaqələrin genişlənməsi regionda türk dövlətləri ilə əlaqələri gücləndirəcək".
Sevinc


