Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

İQTİSADİYYAT
14:16 / 10.12.2025
35

Dekabrın 23-ü, saat 09:00-da Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracat və İnvestisiyaların Təşviki Agentliyi - AZPROMO ilə Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək. 

HİT.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərin, dövlət və özəl sektor nümayəndələrinin, biznes birlikləri və palataların iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində regional ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunmuş panel iclaslarının təşkil olunacağı bildirilib.
 

0