94 min manat borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu

İQTİSADİYYAT
23:14 / 11.12.2025
26

"Aladdin Group" MMC-nin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Hit.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov bununla bağlı qətnamə çıxarıb. 

İş materiallarından məlum olur ki, şirkətin dövlət büdcəsinə 94 655,32 manat borcu olub. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək şirkət rəhbərinə “stop” qoyulmasını istəyib.

“Aladdin Group” MMC 2021-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Aslanov Xaliq Namil oğludur. MMC-nin hazırda 109 920,73 manat vergi borcu var. 

Abbas 

0