Bankların təhlükəsizlik sistemlərinin zəifliyi nəticəsində də oğurluq hallarına rast gəlinir

İQTİSADİYYAT
18:29 / 11.12.2025
38

"Vətəndaşlar tanınmamış internet saytlardan alış-veriş edir və bu zaman kart məlumatlarını təqdim edirlər. İnsanlar alış-veriş üçün ayrı kartdan istifadə etsinlər". 

Bu sözləri Hit.az-a  bank sektoru üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanlar bu səhvi təkrarlayırlar: “Bankların təhlükəsizlik sistemlərinin zəifliyi nəticəsində də oğurluq hallarına rast gəlinir. Onların avtomatlaşdırılmış sistemləri şübhəli əməliyyatları müəyyən etməli və qarşısını almalıdır. Məsələn, eyni kartdan qısa müddətdə bir neçə əməliyyat aparılarsa, bu, sistem tərəfindən qeyri-adi hal kimi tanınmalı və blok qoyulmalıdır”.

Sevinc

0