14 yaşlı qız uşaq dünyaya gətirdi: "O yaşda analığı tam şəkildə..."

İQTİSADİYYAT
19:23 / 12.12.2025
45

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

2011-ci il təvəllüdlü yeniyetmə paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, könüllü və ya məcburi şəkildə ana olan yeniyetmə qızlar bir qayda olaraq bunun fiziki, psixoloji fəsadlarını həyatlarının sonrakı mərhələlərində görürlər: 

"Erkən hamiləlik və ana olmağın psixoloji sarsıntıları da çox olur. Bədən buna hazır olmadığı üçün psixoloji olaraq beyin və düşüncələr də buna hazır olmur. Özü hələ tam yetkinləşməyən bir qadının övladın tərbiyəsi ilə məşğul olması çox çətin məsələyə çevrilir. O yaşda analığı tam şəkildə dərk etmək mümkün deyil. Bu məsələdə psixoloji və fizioloji faktorlar paralellik təşkil edir".

Sevinc


 

0