Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Oneclick.az” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.
Hit.az xəbər verir ki, müqavilə din xadimlərinin Bakıda keçiriləcək II forumu ilə bağlıdır.
Şirkət forumla əlaqədar təşkilati işləri həyata keçiriləcək. Bura tədbir zalının icarəsi, əklil alınması, kürsü qurulması və s. bu kimi xidmətlər daxildir.
Müqavilənin maliyyə dəyəri 188 219,44 manatdır.
Abbas


