“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək 263,2 milyard kubmetr qaz hasil edilib.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə yataqdan 52,3 milyon ton kondensat hasil edilib.
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib”, - məlumatda qeyd edilib.


