Abşeron rayonunda yolların təmirinə 1.4 milyon manat ayrıldı

İQTİSADİYYAT
12:50 / 19.12.2025
42

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmirinə 1,4 milyon manat ayrılıb.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manat ayrılıb.
 

0