“Avrasiya Construction Ltd” MMC-nin dövlətə 4,6 milyon manat borcu var

İQTİSADİYYAT
20:58 / 20.12.2025
46

“Avrasiya Construction Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə olan vergi borcu 4 milyon 581 min 233.04 manat təşkil edir.

Maraqlı məqam ondan ibarətdir ki, sözügedən şirkət Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır və riskli vergi ödəyicisi deyil. Buna baxmayaraq, MMC-nin vergi borcu son bir neçə il ərzində kəskin şəkildə artmaqda davam edir.

Qeyd edək ki, “Avrasiya Construction Ltd” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.

Bundan başqa, 2022-ci ildə tikinti fəaliyyəti ilə məşğul olan “Avrasiya Construction Ltd” MMC icbari sığorta müqaviləsi bağlamadığı üçün cərimələnib. 2024-cü ildə isə "Avrasiya Construction" yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.

Açıq internet mənbələrində aparılan araşdırma zamanı isə məlum olur ki, “Avrasiya Construction Ltd” MMC-nin adı mətbuatda vətəndaşların şikayətləri əsasında tez-tez hallanıb.

0