“Öz Aktes Tekstil Danayi ve Ticaret Limited” şirkətinin Azərbaycandakı filialının rəhbərinə “stop” qoyulub.
Hit.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə qətnamə çıxarıb.
İş materiallarından məlum olur ki, filialın dövlət büdcəsinə 22 362,7 manat borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə müraciət edərək filialın rəhbərinə “stop” qoyulmasını istəyib. Məhkəmə də qurumun ərizəsini təmin edib.
“Öz Aktes Tekstil Danayi ve Ticaret Limited” şirkətinin Azərbaycandakı filialının rəhbəri Osman Aslandır.
Abbas


