“Sedamer Terade” MMC-nin rəhbəri Aida Muradovaya “stop” qoyulub.
Hit.az xəbər verir ki, Şirvan Kommersiya Məhkəməsinin hakimi Namidar Misirzadə bununla bağlı qətnamə çıxarıb.
İş materiallarından aydın olur ki, “Sedamer Terade” MMC-nin və Aida Muradovanın rəhbəri olduğu başqa bir neçə şirkətin vergi borcu olub. Borc ödənilmədiyindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə müraciət edərək borc ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını istəyib.
Məhkəmə də qurumun ərizəsini təmin edib.
Abbas


