Cəbrayıl rayonunun Şükürbəyli kəndində salınan 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ - 635 ailəlik) sel sularından mühafizəsi məqsədilə genişmiqyaslı infrastruktur layihəsinin icrası üçün müsabiqə elan olunub.
Oxu.Az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təşkil edilən müsabiqənin ehtimal olunan qiyməti 7 milyon 149 min 177.5 manat təşkil edir.
Layihə çərçivəsində yaşayış məntəqəsində sel sularından mühafizə tədbirlərinin görülməsi, drenajların qurulması, istinad divarlarının və körpülərin tikintisi, eləcə də yağış kanalizasiya şəbəkəsinin inşası nəzərdə tutulur.
Tenderə 29 yanvar 2026-cı il tarixində yekun vurulacaq.


