Günümüzdə bir çox qadınlar qadın olduqlarını anlamır...

İQTİSADİYYAT
22:44 / 29.12.2025
43

Hər bir uşaq ailəsi ilə xoşbəxt həyat yaşamaq istəyər. Hər evlilik də şansa layiqdir. Ancaq bütün cəhdlərə baxmayaraq birlikdə olmaq mümkün deyilsə, bu barədə düşünmək lazımdır.

Ər-arvad münasibəti olmayan, lakin birlikdə yaşamağa davam edən ailələrin uşaqları psixoloji sarsıntı yaşayırlar. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlar üçün ən vacib amil sevgi dolu ailədə böyüməkdir:

"Günümüzdə bir çox qadınlar qadın olduqlarını anlamırlar. Uşaqlar valideynlərinin boşanmasını istəmirlər. Lakin əslində onların istəmədikləri şey valideynlərindən ayrılmaqdır. Onları bir daha görməmək, çox darıxmaq kimi narahatlıqlar üzündən boşanma variantından qorxurlar. Boşandıqdan sonra uşaqların valideynləri ilə ünsiyyəti sağlam şəkildə təşkil olunarsa, valideyn olmaq vəzifə və məsuliyyətləri pozulmazsa, uşaqlar çox qısa müddətdə bu yeni vəziyyətə uyğunlaşacaqlar".

Sevinc

0