Azərbaycanda şirkət rəhbərinin əmlaklarına həbs qoyuldu

İQTİSADİYYAT
14:42 / 30.12.2025
48

Azərbaycanda iş adamı Paşa Vəkilsoyun ölkədən çıxışına “stop” qoyulması üçün məhkəməyə təqdimat verilib.

HİT.az Teleqraf-a istinadən xəbər verir ki, təqdimata səbəb P.Vəkilsoyun 30 700 manat aliment borcunun yaranmasıdır.

Məhkəmə təqdimatı təmin etməyib.

O da məlum olub ki, aliment borcunun ödənilməsi üçün P.Vəkilsoyun bir sıra əmlaklarına həbs qoyulub.

Bunlar “Dodge Durango” markalı avtomobil, Masallı rayonu Mikanku kəndində yerləşən, 1,9498 ha torpaq sahəsi, o cümlədən Maştağa və digər ərazilərdə yerləşən fərdi yaşayış evləridir. Bundan başqa, Paşa Vəkilsoy bir dəfə də aliment borcunu ödəmədiyi üçün 500 manat cərimələnib.

Qeyd edək ki, Paşa Vəkilsoyun “Palmali” şirkətlər qrupuna daxil olan “Armada Voyager Three” rəhbəri olduğu bildirilir. O, hər ay 2000 manat aliment ödəyir.


 

0