Bu ilin yanvar-noyabr aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC -nin ixrac gəlirlərində azalma qeydə alınıb.
Valyuta.az xəbər verir ki, 11 ay ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracdan 36 milyon ABŞ dolları qazanıb.
Bu qazanc ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon ABŞ dolları və ya 30,6% azalmanın olduğunu deməyə əsas verir.
Belə ki, ötən il adı çəkilən MMC 51,9 milyon ABŞ dolları gəlir əldə edib.


