993 min manat borcu olan şirkət kimindir?

İQTİSADİYYAT
22:56 / 06.01.2026
124

“Megasec” MMC-nin rəhbərinə “stop” qoyula bilər. 

Hit.az xəbər verir ki, buna səbəb şirkətin xüsusilə külli miqdarda vergi borcunun yaranmasıdır. 

Şirkətin vergi borcu hazırda 993 899,78 manat təşkil edir. 

“Megasec” MMC 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 000 manatdır. Şirkətin qanuni təmsilçisi Qasımov Qabil Salman oğludur. 

Abbas

0