Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihəsi çərçivəsində 10 stansiya, 814 mühəndis qurğusu, o cümlədən 29 körpü və 4 tunelin tikintisi nəzərdə tutulur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.
Qeyd edilib ki, Naxçıvan MR-də dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb.
"Dəmir yollarının uzunluğu 194,1 km, yan yollarla birlikdə 264 km təşkil edir",- deyə qurumdan əlavə olunub.


