Bakıda bəzi marketlərdə yumurta alışı ilə bağlı istehlakçılara limit qoyulub. Yumurta almaq istəyən şəxslər marketlərdən 30 ədəddən artıq yumurta ala bilmirlər.
Yaranmış vəziyyət yumurta ilə bağlı qıtlıq yaranmaq ehtimalını ortaya qoyub
Məsələ ilə bağlı Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli BAKU.WS-ə bildirib ki, ölkədə kifayət qədər yumurta istehsalı var:
"Azərbaycanda yumurta ilə bağlı qıtlıq yoxdur. Ehtiyat anbarlarında da 10 milyona yaxın yumurta var. Yumurtanın qiyməti isə dəyişməz olaraq qalır".


