Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Məhəmməd Xəlil oğlu Əhmədov Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən azad olunub.
O, digər əmrlə muxtar respublikadakı 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.


