Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi

İQTİSADİYYAT
15:42 / 08.01.2026
193

Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən gömrük xidməti polkovniki Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.

Dünən tutduğu vəzifədən azad edilən S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkar edilmişdi. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi./Bakupost.az 

0