"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.
HİT.az xəbər verir ki, "Azərişığ"ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.
Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib.


