Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin cari təmir işləri ilə bağlı tender baş tutmayıb.
Hit.az xəbər verir ki, tenderin ləğv olunmasının səbəbi müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə bağlıdır.
Bu tender üzrə satınalma predmetinin 1 485 243,95 manata başa gələcəyi proqnozlaşdırılırdı.
Abbas


