"Qızıl Sandıq” Yeni İl Tirajı keçirildi - FOTO

İQTİSADİYYAT
16:06 / 09.01.2026
99

Qızıl Sandıq layihəsinin Yeni İl Tirajı PAŞA Malls-ın rəsmi partnyorluğu ilə Crescent Mall-da canlı formatda təşkil olunub.

HİT.az xəbər verir ki, tədbir ticarət mərkəzinin ziyarətçiləri üçün açıq keçirildi, tiraj prosesi isə həm real vaxtda, həm də canlı yayımda baş tutub.

Bayram ab-havası ilə müşayiət olunan tədbir çərçivəsində qaliblər elan edilib, aparıcının təqdimatında canlı musiqi proqramı, ziyarətçilər üçün hədiyyəli oyunlar və partnyor brendlərin aktivasiyaları təşkil olunub. Tədbir ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Qızıl Sandıq lotereyası aşağıdakı brendlərin tərəfdaşlığı ilə keçirilir:

Adore, Natura şirələri, Nestlé şokoladları, Mia limonadları, Nescafé, Laimon Fresh, Baku Medical Plaza, ABV, Costa Coffee, Gardashlar Mebel və Lody.

Yeni İl mərhələsi çərçivəsində Changan Q05 avtomobili, iPhone 17, məişət texnikası, Dyson, Londona səyahət, qızıl külçə, nağd pul və ümumilikdə 15 mindən çox hədiyyə oynanılır.

Qızıl Sandıq gündəlik alış-verişi rəqəmsallaşdıran bir ekosistem olaraq istifadəçilərə Sandıq tətbiqi vasitəsilə çeklərini əlavə etmək, ƏDV-ni geri almaq, lotereyalarda iştirak etmək və brendlərdən keşbek qazanmaq imkanı yaradır.
Tədbir zamanı Recepta şirkətinin CEO-su Rauf Heydərli layihə ilə bağlı açıqlama verib:

“Sandıq brendlərlə istehlakçılar arasında bir körpüdür. İstifadəçilər cəmi bir skanla ƏDV-ni geri ala, lotereyalara qoşula, brendlərdən keşbek əldə edə və bütün çeklərini bir yerdə toplaya bilirlər. Yaxın zamanda məhsullar üzrə qiymət müqayisəsi funksiyasını istifadəyə verəcəyik və istifadəçilərimiz üçün daha sərfəli funksionallıqlar əlavə etməyə davam edirik,” – deyə Rauf Heydərli bildirib.

Qeyd edək ki, Novruz tirajı çərçivəsində Sea Breeze-də mənzil, Geely avtomobili və müxtəlif dəyərli hədiyyələr oynanılacaq.

Qızıl Sandıq Yeni İl Tirajı media nümayəndələrinin iştirakı ilə baş tutub və televiziya reportajı formatındaizləyicilərə təqdim olunacaq.

0