Dövlət qurumu AYNA-dan qaraj xidməti alır

İQTİSADİYYAT
22:17 / 09.01.2026
73

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə satınalma müqaviləsi bağlayıb. 

Hit.az xəbər verir ki, müqavilədə agentliyin balansında olan 12 ədəd avtonəqliyyat vasitəsinin Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 84 ünvanında yerləşən yeraltı avtomobil qarajında saxlanılması xidmətinin satın alınması nəzərdə tutulur. 

Qaraj xidmətinə görə AYNA-ya 20 160 manat ödəniləcək. 

Abbas 

0