Portağal və naringi bahalaşdı - Qiymət artımının səbəbi nədir?

İQTİSADİYYAT
19:00 / 10.01.2026
93

Bu il alıcılar bazarlarda, marketlərdə xüsusilə portağalın, naringinin qiymətində bahalaşma müşahidə edirlər.

Belə ki, hazırda 1 kq portağalın qiyməti 3 manat, 4 manat 50 qəpik, naringinin qiyməti isə 2 manat-2 manat 50 qəpikdir. Ötən il isə bu qiymətlər 1-2 manat arasında dəyişib.  

Bəs mövsimi meyvənin qiymətindəki bu artım nədən qaynaqlanır?

Bizim.Media mövzuyla bağlı iqtisadçı Akif Nəsirlinin fikirlərini öyrənib.

O, bildirib ki, bu bahalaşmanın əsas səbəbləri təklifin azalması və tələb artımıdır:

"İqlim şəraiti məhsuldarlığa təsir edib, bəzi yerlərdə məhsul kifayət qədər yığılmayıb. Yanacaq və nəqliyyat xərclərinin artması, eləcə də xaricdən idxal olunan meyvələrdə logistika xərcləri qiymətlərin yüksəlməsinə səbəb olub".

Qiymətin yaxın zamanda ucuzlaşması gözlənilir?

Akif Nəsirli bildirib ki, qiymətlərin yaxın aylarda bir qədər ucuzlaşması mümkündür, çünki yeni məhsul yığımı bazara çıxacaq və təklif artacaq:
 
“Amma xarici bazar qiymətləri və yüksək tələb qiymətləri hələ də qiymətləri yuxarı həddə saxlaya bilər. Qısa müddətdə qiymət sabitləşə bilər, uzun müddətdə isə iqlim və idxal şərtləri qiymətlərin formalaşmasında əsas rol oynayacaq.

Eyni zamanda bazardakı bütün mal nomenklaturasında bahalaşma izlənildiyi halda mandarinin qiyməti sabit qala bilməz. Yeni inflyasiyanin da təsiri var”, - deyə ekspert əlavə edib.
 

0