Bu həftəsonu Bakıdakı avtomobil bazarlarında canlanma müşahidə edilir.
Alıcıların və avtomobillərin sayında da kifayət qədər artım hiss olunur.
Satıcılardan biri Azərbaycan televiziyasına (AzTV) bildirib ki, hazırda bazarda qiymətlər stabil deyil:
"Qiymət artımı var, bu da birbaşa olaraq gömrük xərclərinin qalxması ilə əlaqədardır. Yəni maşınlar hazırda bahadır.
Hazırda ikinci əl avtomobillərə daha çox maraq var. 30 000 manata qədər olan maşınlarda 1 500, 2 000, 3 000 manata qədər artım müşahidə edilməkdədir.
Onu da deyim ki, alıcılar ikinci əl avtomobil alarkən onun ehtiyat hissələrinə diqqət etməlidirlər".


