Yarım milyon borca düşdü... - "Gilan İnşaat"ın işlərini davam etdirən şirkət müflis olur?

İQTİSADİYYAT
12:22 / 12.01.2026
102

“1ST Construction” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 469 990.28 manat vergi borcu yığılıb.

Bu günlərdə rəsmi məlumata əsasən, Bakı Kommersiya Məhkəməsində borclu “1ST Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.

Məhkəmə iclasının yanvarın 22-də saat 10:55-də keçirilməsi nəzərdə tutulub.

İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunublar.

Qeyd edək ki, “1ST Construction” şirkəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20020 manat, qanuni təmsilçisi isə Namazov Ayaz Nizami oğludur. Şirkətin əvvəlki adı “Gilan İnşaat” olub. “Gilan İnşaat” MMC 2022-ci ildən sonra “1st Construction” MMC adı ilə fəaliyyət göstərməyə başlayıb.
 

0