"Fino"dan "Apple” qazanmaq şansı!" adlı stimullaşdırıcı lotereyanın ilk tirajı keçirilib

İQTİSADİYYAT
12:50 / 12.01.2026
54

“Grandmart”, “Bolmart”, “Megastore” və “Rahat” supermarketlərində  “Fino”dan “Apple” qazanmaq şansı!” adlı stimullaşdırıcı tirajlı lotereyanın ilk qalibləri müəyyən olub. Qaliblər onlayn püşk çarxı proqramı vasitəsilə “Fino” məhsullarının distributoru “Ayman” MMC-nin ofisində seçilib.

“Rahat” marketlər şəbəkəsindən bir nəfər 2022000002697 nömrəli kart sahibi, “Grandmart”, “Bolmart” və “Megastore”  marketlər şəbəsindən isə 2 nəfər 52024530906 və 52005730804 kart sahibləri qalib olublar.

Lotereyanın şərtlərinə görə 25 noyabr – 15 fevral tarixlərində “Rahat”,“Grandmart”, “Bolmart” və “Megastore” marketlərdə istifadə olunan rəqəmsal və ya fiziki loyallıq kartına sahib olan və “Fino” məhsulları alan 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər. Hər 10 AZN-lik “Fino” markalı məhsul alan şəxslər lotereyada 1 (bir) iştirak şansı əldə edir. 

Qalib şəxslərlə lotereyanın təşkilatçısı “Viva Communications”  5 iş günü ərzində telefon vasitəsilə əlaqə saxlayaraq, 90 gün ərzində hədiyyələri götürmələrini təmin edəcəklər.


389441

0