Ayaz Əliyev aparat rəhbəri təyin olundu

İQTİSADİYYAT
15:14 / 12.01.2026
131

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) yeni Aparat rəhbəri təyin olunub.

Bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Ayaz Elman oğlu Əliyev təyin edilib.

Qeyd edək ki, A.Əliyev bu təyinata qədər iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.(İqtisadiyyat.az)

0