“Avrasiya Construction LTD”nin borcu daha da artaraq 4,5 milyona çatdı

İQTİSADİYYAT
23:33 / 12.01.2026
53

“Avrasiya Construction LTD” MMC-nin vergi borcu daha da artıb.

Hit.az xəbər verir ki, şirkətin vergi borcu hazırda  4 581 291,92 manatdır. 

Bir neçə ay əvvəl şirkətin vergi borcu 4,2 milyon manat idi. 

“Avrasiya Construction LTD” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elməddin Alıyevdir və nizamnamə kapitalı 100 manatdır.

Abbas 

0