Son 10 ildən artıq müddətdə gündəlik istehlak etdiyimiz qida məhsullarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər 100 manatla bazarlıq edən bir ailə gündəlik qida tələbatının böyük hissəsini ödəyə bilirdisə, 2026-cı ildə eyni məbləğlə yalnız məhdud sayda ərzaq almaq mümkündür.
Valyuta.az 2013-cü ildəki qiymətlərlə 2026-cı ilin aktual ərzaq qiymətlərini müqayisə edərək son 13 ildə bazarda baş verən dəyişiklikləri araşdırıb və aşağıdakı cədvəldə qiymətləri təqdim edir:
Müqayisə olunan cədvələ əsasən, 2013-cü ildə eyni çeşidli ərzaq məhsullarını cəmi 62 manata əldə etmək mümkün idisə, 2026-cı ildə bu məhsulları almaq üçün 188 manat tələb olunur. Bu isə orta hesabla üçqat artım deməkdir.


