Laçında 50 milyon manatlıq layihə

İQTİSADİYYAT
11:47 / 14.01.2026
51

Laçın şəhərində yeni yaşayış məhəlləsinin tikintisi işlərinə başlanılır.

Trend xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 50 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub

0