Azərbaycanda istehsal olunan mebellər niyə bahadır? - SƏBƏB AÇIQLANDI

İQTİSADİYYAT
18:20 / 14.01.2026
54

Mebel və bunun kimi digər məişət əşyaları ən çox tələb olunan məhsullar sırasındadır. 

Hazırda ölkədə minlərlə böyük və kiçik mebel istehsalçısı var. Həmçinin, bu gün Azərbaycanın mebel bazarında idxal məhsulları üstünlük təşkil edir. Amma xaricdən gətirilən mebellərin heç də hamısı keyfiyyətli sayıla bilməz. Üstəlik, yerli istehsalın qiyməti idxal olunan məhsullarla müqayisədə kifayət qədər bahadır. Bu səbəbdən də alıcılar xarici mebellərə üstünlük verirlər.

Maraqlıdır, ölkədə istehsal olunan mebellərin baha olmasına səbəb nədir?

Bununla bağlı iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda mebel sahəsində ciddi rəqabət var:

"Buna baxmayaraq, bu sahədə bəzi problemlər var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın meşə sənayesi inkişaf etməyib. Xammal da xaricdən idxal olunur. Yəni parça, aksesuar və digər lazım olan avadanlıqların hər biri xaricdən gəlir. Bu səbəbdən də ölkəmizdə istehsal olunan mebelin qiyməti ucuz ola bilməz. Çünki Azərbaycanın mebel sənayesi idxaldan asılıdır".

Sevinc

0